İtaliya və Monteneqro arasında sualtı enerji körpüsü açılıb
Podqoritsa, 19 noyabr, AZƏRTAC
İtaliya və Monteneqro arasında uzunluğu 455 kilometr olan sualtı enerji körpüsü açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Monteneqronun Prezidenti Milo Cukanoviç və İtaliya Prezidenti Sercio Mattarella iştirak edib.
Sualtı elektrik kabelinin əsas hissəsi Adriatik dənizindən keçir. İlkin olaraq onun gücü 600 MVt təşkil etsə də, gələcəkdə bu rəqəm iki dəfə artırılacaq.
Layihənin dəyəri 1 milyard avrodur. Maliyyə dəstəyini Almaniya Dövlət İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı göstərib. Sözügedən layihə ilə bağlı razılaşma 2009-cu ildə imzalanmışdı.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır