×
A
A
A
Sazlamalar

Mövlud Çavuşoğlu: ABŞ və Rusiya Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməyib

İstanbul, 18 noyabr, AZƏRTAC
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanın Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirmədiyini bildirib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.
M.Çavuşoğlu dünyada baş verən qarşıdurmaların 60 faizinin Türkiyənin də içində olduğu coğrafiyada meydana gəldiyini xatırladıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Dünya 2019-11-18 23:37:00