×
A
A
A
Sazlamalar

Xaçmazda ölümlə nəticələnən qəza baş verib

Xaçmaz, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 17-də Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən qəzada “QAZ 24” markalı avtomaşınla “QAZel” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində “QAZ 24” sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.

Regionlar 2019-11-17 12:57:00