×
A
A
A
Sazlamalar

Gürcüstanda meşə yanğınları davam edir

Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstanın Tsxaltubo rayonunda noyabrın 1-dən başlayan meşə yanğınlarının söndürülməsi davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, rayonun Namoxvani kəndi yaxınlığında bir neçə hektar ərazidə quru ot və kolluqlar yanıb. Gecə saatlarında yanğını söndürmək mümkün olmayıb və alov daha geniş əraziyə yayılıb.
Noyabrın 12-də səhər saatlarından yanğının söndürülməsi prosesinə yenidən başlanılıb.
Əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-11-12 13:07:00