×
A
A
A
Sazlamalar

Region Liqası: Qusarın “Şahdağ” klubu Region Liqasında liderliyə yüksəlib

Qusar, 11 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Qusarın “Şahdağ” futbol klubu Azərbaycan Region Liqasının III turunun oyunları çərçivəsində səfərdə inamlı qələbə qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Paytaxt və Şimal Zonası qrupunda “İrəvan” komandası ilə qarşılaşan qusarlılar 4:1 hesabı ilə qalib gəliblər. Bu, “Şahdağ”ın ardıcıl üçüncü qələbəsidir.
Qrupun digər oyunlarında “Xudat” Qubanın “Şahdağ” komandasına (2:3) uduzub, “Qusar” isə “Qardaşlar”ı 15:3 hesabı ilə məğlubiyyətə uğradıb. Qrupda turun sonuncu oyunu “Uğur” (Sumqayıt) və “Şirvanovka” (Qusar) komandaları arasında olacaq.
Paytaxt və Şimal Zonasında qrupa 9 xalla Qusarın “Şahdağ” klubu başçılıq edir. “Uğur” qələbə qazanacağı təqdirdə liderliyi qusarlılarla bölüşəcək.

 

Regionlar 2019-11-11 14:58:00