“YARAT”da böyüklər üçün növbəti ustad dərsləri keçiriləcək
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Özünü kəşf et”- yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.
Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunurlar. Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb