×
A
A
A
Sazlamalar

Bakıda “Səfəvi tariximiz” adlı rəsm sərgisi açılacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzində “Səfəvi tariximiz” adlı rəsm sərgisi açılacaq. Sərgi “ASAN xidmət”in “ASAN Könüllülük Məktəbi” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Gənclər və İdman İdarəsi və “Məktəblinin Dostu” layihəsinin dəstəyi ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə görə, sərgi Səfəvilər dövlətinin tarix və mədəniyyətinin təbliği, rəssamlar arasında milli ruh və milli mövzuda yeni əsərlərin yaradılmasını stimullaşdırmaq, habelə gənclər arasında vətənpərvərlik hisslərini gücləndirmək, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə təşkil olunur.
Sərgidə nümayiş ediləcək sənət əsərlərinin qəbulu noyabrın 10-dək Xətai Sənət Mərkəzi və 2 saylı “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.
Nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif ediləcək.

İncəsənət 2019-10-31 11:50:00