×
A
A
A
Sazlamalar

Xaçmazda yol qəzası piyadanın ölümü ilə nəticələnib

Xaçmaz, 23 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Qusar rayonunun Cağar kənd sakini, 1965-ci il təvəllüdlü Ərzimanov Gülməhəmməd Şövkət oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-10-23 10:31:00