×
A
A
A
Sazlamalar

Xaçmazda keçirilən karete üzrə ölkə birinciliyində 300-ə yaxın idmançı mübarizə aparıb

Xaçmaz, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində karete üzrə uşaq və yeniyetmələr arasında ölkə birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası (AKFA) ilə birlikdə təşkil etdiyi birincilikdə 300-ə yaxın idmançı yarışıb.
Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş birincilikdə ölkənin bütün regionları təmsil olunub.
Yarışda yer qazanan kareteçilər kubok, medal və diplomlarla təltif ediliblər.
Qalib idmançılar gələn ay Serbiyada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Regionlar 2019-10-21 13:08:00