Bu gün Böyük Britaniya parlamentində Brexit müqaviləsi səsverməyə çıxarılacaq
London, 19 oktyabr, AZƏRTAC
Bu gün Böyük Britaniya parlamenti xüsusi iclas keçirəcək.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun Avropa İttifaqı ilə imzaladığı yeni müqavilə müzakirə edilib səsverməyə çıxarılacaq.
Baş Nazir, deputatları müqaviləni dəstəkləməyə çağırıb.
Müqavilə səs çoxluğu ilə qəbul edilsə oktyabrın 31-də İngiltərə Avropa İttifaqını tərk edəcək. Qəbul edilmədiyi təqdirdə isə Baş Nazirdən prosesin 2020-ci ilin yanvarına qədər təxirə salınması üçün Aİ-yə məktub göndərməsi tələb olunacaq.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır