×
A
A
A
Sazlamalar

Krasnoyarsk diyarında bəndin çökməsi nəticəsində 11 nəfər ölüb

Moskva, 19oktyabr, AZƏRTAC

Rusiyanın Krasnoyarsk diyarında bəndin çökməsi nəticəsində 11 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, Krasnoyarskın Şetinkino qəsəbəsində qızıl hasilatı artelində texniki su hövzəsinin üstündəki bəndin çökməsi nəticəsində 11 nəfər ölüb, 15 adam itkin düşmüş sayılır. Bəndin sökməsinə səbəb gil və palçıqdan ibarət dalğanın hündürlüyünün 4-5 metrə çatması olub. Hadisə nəticəsində fəhlələrin yaşadığı müvəqqəti yataqxana su altında qalıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2019-10-19 08:00:00