×
A
A
A
Sazlamalar

Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 milyard 384,1 milyon manat nəzərdə tutulur.
AZƏRTAC bu barədə gələn ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən xəbər verir.
ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11 milyard 560 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 milyon manat azdır.
ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 milyon manat və ya 0,1 faiz azdır.

Maliyyə 2019-10-18 17:15:00