×
A
A
A
Sazlamalar

Aleksandr Lukaşenko “MDB-nin fəxri sərhədçisi” döş nişanı ilə təltif edilib

Minsk, 18 oktyabr, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB iştirakçı-dövlətlərinin Sərhəd Qoşunları Komandanlığı Şurasının (SQKŞ) ali mükafatına layiq görülüb.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə SQKŞ-nin Əlaqələndirici Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov bildirib.
“Komandanlıq Şurasının qərarı ilə Belarus Prezidenti dövlət başçılarının təsis etdiyi Komandanlıq Şurasının ali mükafatı - “Müstəqil Dövlətlər Birliyinin fəxri sərhədçisi” döş nişanı ilə təltif edilib”, - deyə Aleksandr Manilov vurğulayıb.
Manilov, həmçinin xəbər verib ki, Belarus Prezidenti MDB ölkələri liderləri arasında bu mükafata layiq görülən ilk liderdir.
Onun sözlərinə görə, Lukaşenkoya döş nişanının təqdim edilməsi barədə qərar Belarus tərəfi ilə razılaşdırıldıqdan sonra qəbul olunacaq.


Rüstəm Məmmədov
AZƏRTAC
Minsk

Dünya 2019-10-18 16:24:00