×
A
A
A
Sazlamalar

XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub

Kiyev, 18 oktyabr, AZƏRTAC

Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub.
Bu fikir Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə bildirilib.
Qeyd edilir ki, bu gün də Azərbaycan və Ukrayna arasında əməkdaşlıq davam etməkdədir.
“Dost Azərbaycan dövlətini və xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirik”, - deyə məlumatda bildirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2019-10-18 14:24:00