×
A
A
A
Sazlamalar

Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

Bakı, 18 oktyabr, AZƏRTAC
SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, cari ilin yanvar-avqust aylarında ölkədən 20 milyon 883,4 min ton xam neft ixrac edilib. Səkkiz ayda göndərilən neftin dəyəri isə 9 milyard 708 milyon 116,2 min ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Neft - qaz 2019-10-18 12:06:00