×
A
A
A
Sazlamalar

“Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində keçirilən seminar başa çatıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə təşkilatçılığı ilə “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində keçirilən seminar başa çatıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, STEPI nümayəndələrinin - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoiinin keçirdiyi seminarın nəticəsi olaraq təlim iştirakçılarına sertifikat təqdim edilib. Seminarda iştirak edən RSXM-nin əməkdaşları – beynəlxalq əlaqələr şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova və şöbənin mütəxəssisi Könül Yusubova da təlimçilər tərəfindən sertifikatla təltif ediliblər. Həmçinin mərkəz əməkdaşları iki gün davam edən müzakirələrdə aktiv iştirak etdiklərinə görə təlimçilər tərəfindən hədiyyə qazanıblar.

 

Sosial 2019-10-18 11:20:00