Doqquz ayda ölkədə 1,63 milyon tondan çox dizel yanacağı istehsal olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 635,4 min ton dizel yanacağı, 914,9 min ton avtomobil benzini, 202,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 460,1 min ton ağ neft, 95 min ton yanacaq mazutu, 17 min ton sürtkü yağları, 185 min ton neft bitumu və 189,1 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 400,9 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1 faiz azalıb.
Neft məhsullarından sürtkü yağlarının, neft bitumunun, ağ neftin, neft koksunun istehsalı azalıb. Avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək