×
A
A
A
Sazlamalar

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 23,6 milyon ton neft daşınıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Cari ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 29 milyon 381,8 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 80,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-sentyabr aylarında bu kəmərlə 23 milyon 648,2 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 3 milyon 431,4 min ton tranzit nefti də ötürülüb.

Neft - qaz 2019-10-18 11:31:00