×
A
A
A
Sazlamalar

Qaradağ və Xəzər rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci kilometrində Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yolayrıcının cənub qərb hissəsindəki yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərzində Qaradağ rayonu, Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu, “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-10-18 10:28:00