×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi küçələrinin təbii qaz təminatında fasilələr yaranacaq

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyadov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq. Saat 10:00-dan 16:00-dək isə təmir işlərinin aparılmasına görə Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Neft - qaz 2019-10-18 10:26:00