×
A
A
A
Sazlamalar

Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasına 27 min 384 vətəndaşdan müraciət daxil olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılan Apelyasiya Komissiyasına oktyabrın 15-nə 27 min 384 nəfər vətəndaşdan müraciət daxil olub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 27 min 95 vətəndaşın müraciəti cavablandırılıb, 289-u isə hazırda Apelyasiya Komissiyasında baxılma mərhələsindədir.
Qeyd edək ki, vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.ak.fimsa.az) da istifadəyə verilib. Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apelyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olub. Xüsusilə, cari ilin aprel-may aylarında Apelyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 min 917, müraciətçilərin sayı isə 25 min 704 olub. Müraciətlərin çoxluğuna və əksər hallarda fərdi qiymətləndirməyə zərurətin yaranmasına baxmayaraq, həmin dövrdə edilmiş bütün müraciətlər cavablandırılıb.

Maliyyə 2019-10-17 13:38:00