×
A
A
A
Sazlamalar

Yevlaxda qaz xətti zədələnib

Bakı, 17 oktyabr, AZƏRTAC

Dünən axşam saatlarında “Xaldan Əhali” ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər. Bir qrup abonentin qaz təchizatında fasilə yaranıb. “Azəriqaz” İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası bu gün mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-10-17 11:03:00