×
A
A
A
Sazlamalar

Doqquz ayda Türkiyədə yol-nəqliyyat hadisələri nəticəsində 1887 nəfər ölüb

İstanbul, 16 oktyabr, AZƏRTAC

Bu ilin doqquz ayında Türkiyədə 310 min 837 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 1887 ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Baş vermiş qəzalar nəticəsində 217 min 310 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin əksəriyyəti İstanbulda baş verib. Bu hadisələrin əsas səbəbinin sürət həddinin aşılması olduğu bildirilir.
Bu ilin yanvar-sentyabr aylarında Türkiyədə vətəndaşlara ümumilikdə 4 milyard lirə məbləğində cərimələr yazılıb. Bu müddətdə ölkədə 1 milyon 10 min 549 avtomobilin istifadəsinə məhdudiyyət tətbiq edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-10-16 16:32:00