Vladimir Zelenski “Ştaynmayer formulu”nun tətbiqinin şərtlərini açıqlayıb
Kiyev, 16 oktyabr, AZƏRTAC
Donbasda münaqişənin həllinə dair “Ştaynmayer formulu” gələn ildən tətbiq edilə bilər.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu fikri Latviyada rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.
Ukrayna Prezidenti bildirib ki, “Ştaynmayer formulu” yalnız Donbasın statusu haqqında qanunla tənzimlənir. Bu qanun isə 2019-cu il dekabrın 31-dək qüvvədədir. Ona görə də “Ştaynmayer formulu”nun tətbiqi “Normand dördlüyü”nün görüşündə müzakirə olunaraq hər hansı razılığın əldə edilməsindən asılıdır.
“Əgər bütün tərəflər münaqişənin tənzimlənməsində maraqlı olsalar, hərbi əməliyyatlar dayandırılsa, o zaman “Ştaynmayer formulu” tətbiq ediləcək. İlk addım atəşkəsin əldə edilməsi, bütün əsir və girovların dəyişdirilməsi, qoşunların münaqişə zonasından çıxarılmasıdır. Bütün bu mərhələlərdən sonra “Ştaynmayer formulu” tətbiq edilə bilər”, - deyə V.Zelenski bəyan edib.
Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır