×
A
A
A
Sazlamalar

Sabunçu və Yevlax rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, T.Mustafayev, S.Qocayev, R.Qurbanov küçələrində kəmərlərdə aparılacaq sazlama işlərinə görə qaz təminatında fasilə olacaq. Eyni səbəbə görə, saat 14:00-dan işlər başa çatanadək Yevlax rayonunun bəzi yaşayış məntəqələrində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-10-16 14:13:00