×
A
A
A
Sazlamalar

Azərbaycanda neft istehsalı 2,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 29,3 faiz artıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Doqquz ayda mədənçıxarma sektorunda neft hasilatı 2,8 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 29,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.

Neft - qaz 2019-10-16 12:29:00