×
A
A
A
Sazlamalar

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər, rayon komissiyaları əyani vəsaitlərlə təmin olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər, rayon icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq komissiyalarla birgə mütəmadi olaraq praktiki təlimlər həyata keçirir və yerlərdə bu sahədə çalışan əməkdaşlara metodik tövsiyələr verir.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirləri Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar təşkil olunur.
Görülən işlərin davamı kimi müasir maarifləndirmə metodlarından istifadə olunmaqla hazırlanmış sosial çarxlar, film, metodik materiallar və digər zəruri əyani vəsaitlər elektron informasiya daşıyıcısında (CD disk) şəhər, rayon komissiyalarına təqdim edilib.

Sosial 2019-10-15 20:19:00