×
A
A
A
Sazlamalar

Salyanda məktəblilər arasında şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda şeir müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəblilər müsabiqədə dövlət müstəqilliyimizə, azərbaycançılıq məfkurəsinə, vətənpərvərlik mövzularına həsr olunmuş şeirlər səsləndiriblər. Müsabiqədə rayonun 25 ümumtəhsil məktəbinin V-XI sinif şagirdləri iştirak ediblər.
Müsabiqənin bağlanış mərasimində çıxış edən Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirib ki, əsas məqsəd Azərbaycanın şanlı müstəqillik mübarizəsini gənclərə aşılamaq, onlarda Vətən sevgisini gücləndirməkdir.
Sonda qaliblər və fərqlənmiş iştirakçılar mükafatlandırılıblar.

Sosial 2019-10-15 20:01:00