×
A
A
A
Sazlamalar

Bu il Qazaxıstanın taxıl ixracı azala bilər

Nur-Sultan, 15 oktyabr, AZƏRTAC 

Qazaxıstanda bu il taxıl istehsalının azalması ilə əlaqədar ixrac potensialı əvvəlki mövsümə nisbətən təxminən 3 milyon ton düşə bilər. Məhsuldarlığın azalmasına səbəb yay fəslinin olduqca isti və quraq keçməsidir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanda cari ildə 15,2 milyon hektar taxıl sahəsindən 15,1 milyon hektar sahədə məhsul toplanıb, bu da 99,2 faiz məhsuldarlıq deməkdir. Orta məhsuldarlıqla 19,1 milyon ton taxıl yığılıb.
Bu mövsüm ixracın hədəf istiqamətlərini genişləndirmək əvvəlki illərdən fərqli olacaq. Qazaxıstan öz taxılını ənənəvi bazarlarda, əsasən Orta Asiya ölkələrində - Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, habelə Əfqanıstan və İranda mövqeyini qorumağa çalışır. Həmin ölkələrdə məhsul yüksək olduğuna görə ənənəvi idxalçıların tələbatı da azalacaq.
Bununla əlaqədar, Qazaxıstan ölkədə taxıl və unun ixracını 5 milyon ton nəzərdə tutur.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2019-10-15 16:34:00