×
A
A
A
Sazlamalar

Kataloniyada etiraz aksiyaları ilə əlaqədar Barselona aeroportunda reyslər ləğv edilir

Madrid, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də İspaniya Ali Məhkəməsi qiyamda ittiham edilən 9 nəfər kataloniyalı siyasətçi barəsində hökm çıxarandan sonra bu gün Kataloniyada yeni etiraz aksiyaları gözlənilir.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Barselonada dünənki iğtişaşlardan sonra müstəqil qruplar bu gün yeni etiraz aksiyaları planlaşdırıldığını elan ediblər.
Dünənki aksiyalar 110 aviareysin ləğv edilməsi ilə nəticələnib. Bunlar əsasən, “Vueling” aviaşirkətinin reysləridir. Oktyabrın 15-də Barselonadakı “El-Prat” aeroportunda 1066 reys planlaşdırılıb. Onlardan 707-si ləngiməsiz həyata keçirilib.
Reyslərin ləğv edilməsinə səbəb nəqliyyat kollapsı olub: sərnişinlər və heyət üzvlərinin bəziləri sadəcə aeroporta gəlib çata bilməyib. Mitinq iştirakçıları Barselona aeroportuna gələn əsas yolları bağlayıblar.
Bəzi aviaşirkətləri oktyabrın 15-də planlaşdırılan reysləri, məsələn, “Vueling” şirkətinin 20 reysi ləğv edilib.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid 

Dünya 2019-10-15 15:24:00