×
A
A
A
Sazlamalar

Böyük Britaniyanın növbəti büdcə layihəsi noyabrın ilk həftəsində açıqlanacaq

London, 14 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Maliyyə naziri Səcid Cavid ölkənin növbəti büdcə layihəsini noyabrın ilk həftəsində açıqlayacaq.
AZƏRTAC xəbər verir ki, o, Britaniyanın növbəti büdcəsini noyabrın 6-da – Avropa İttifaqından planlaşdırılmış çıxma tarixindən 6 gün sonra açıqlayacağını bildirib.
Bu, ölkənin Avropa İttifaqından ayrılandan sonra açıqlanan ilk büdcəsi olacaq. Buraya 2020-2021-ci ilin maliyyə ili üçün əsas təkliflər daxildir. Nazir gələcək iqtisadiyyatı inkişaf etdirmək və infrastruktur inqilabını başlamaq üçün əsas dövrün əsasının qoyulduğunu söyləyib.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-10-14 19:09:00