Yunanıstanda elektrik enerjisi Avropada ən baha qiymətə satılır
Afina, 14 oktyabr, AZƏRTAC
Avropa İttifaqında göstəricilərinə görə Yunanıstanda elektrik enerjisinin qiyməti digər üzv ölkələrdən bahadır.
AZƏRTAC xəbər verir ki, Yunanıstanda enerjinin topdan satış qiyməti ümumi Avropa qiymətindən 22,2 avro çoxdur. Avropada 1 meqavat/saat elektrik enerjisinin topdan satış qiyməti 43,3 avrodursa, Yunanıstanda bu qiymət 65,5 avrodur. Ölkədə elektrik enerjisinin qiymətinin baha olması burada olan mürəkkəb enerji sistemindən irəli gəlir. Yunanıstandan sonra ən baha qiymət bir 1 meqavat/saata görə Maltada 63,9 avro və Polşada 56,4 avro təşkil edir. Hər iki dövlətdə elektrik enerjisinin qiymətinin yüksək olması mürəkkəb, mərkəzləşməmiş enerji sisteminin olması ilə izah olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır