×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, N nömrəli hərbi hissə və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edəcək.
Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr dinləniləcək və təqdimatlar olacaq.
Azərbaycan Ordusunda “NATO günləri” oktyabrın 18-dək davam edəcək.

Ordu 2019-10-14 16:35:00