×
A
A
A
Sazlamalar

Ailə üzvü olan şəxsdən mülkün öz adına keçirilməsi vergidən azaddır

Bakı, 14 oktyabr, AZƏRTAC 

Fiziki şəxs atasının adında olan mülkü öz adına keçirmək üçün nə qədər rüsum ödəməlidir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, təqvim ili ərzində vergiödəyicisinin ailə üzvü hesab olunan şəxsdən aldığı hədiyyə, maddi yardım və mirasın tam dəyəri gəlir vergisindən azaddır. Bundan başqa, təqdim edən şəxs üçün də sadələşdirilmiş vergi üzrə vergi öhdəliyi yaranmır.

Maliyyə 2019-10-14 13:50:00