×
A
A
A
Sazlamalar

Türkiyədə içərisində qanunsuz miqrantların olduğu qayıq batıb

İstanbul, 14 oktyabr, AZƏRTAC 

Türkiyənin Balıkesir şəhərinin Ayvalık rayonu sahillərinə yaxın bölgədə içərisində qanunsuz miqrantların olduğu qayıq batıb.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində bir uşağın öldüyü, daha bir azyaşlının - iki aylıq körpənin itkin düşdüyü bildirilir. Hadisə yerindən 33 nəfər xilas edilib.
Qəzanın başvermə səbəbləri hələ tam müəyyənləşməyib.
Qayığın batdığı əraziyə Türkiyə Sahil Mühafizə Xidmətinin dalğıcları cəlb olunub.
Hazırda iki aylıq körpənin axtarışları davam etdirilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-10-14 12:51:00