×
A
A
A
Sazlamalar

Yaponiyanın şimal-şərq sahillərində 5,7 bal gücündə zəlzələ olub

Tokio, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də yerli vaxtla saat 18:22 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində 5,7 bal gücündə zəlzələ olub.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Çiba prefekturasından 80 kilometr məsafədə, ocağı isə 68 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-10-12 14:03:00