×
A
A
A
Sazlamalar

Gənclər və İdman nazirinin müavinləri vətəndaşlarla görüşüblər

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Sabirabad rayonunda Sabirabad və Saatlı rayonlarından olan vətəndaşlarla görüşüb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, müraciətlər gənclər mərkəzlərinin yaradılması, gənclər sahəsində beynəlxalq layihələrin həyata keçirilməsi, gənclərin müxtəlif ölkələrdə keçirilən tədbirlərə ezam edilməsi və digər məsələlərlə bağlı olub.

x x x

Həmin gün Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Salyan rayonunda Salyan və Neftçala rayonlarından olan vətəndaşlarla görüşüb.
Müraciətlər Gənclər Evinin, Olimpiya İdman Kompleksinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman qurğularına idman avadanlığının verilməsi, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.
Görüşlər zamanı müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.

Sosial 2019-10-11 17:42:00