×
A
A
A
Sazlamalar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırır

Bakı, 11 oktyabr, AZƏRTAC

Son vaxtlar açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda yanğın hadisələrinin baş verməsi halları tez-tez müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumatda deyilir: “Bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınmasını nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, “Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi”nə görə inzibati məsuliyyət nəzərdə tutulub.
Bildiririk ki, yuxarıda qeyd olunan səbəblərdən baş verən yanğın hadisələrinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunur, nəticədə bu işlərə əlavə güc sərf edilir, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur.
Yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq mütəmadi olaraq tərəfimizdən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.

Sosial 2019-10-11 12:23:00