×
A
A
A
Sazlamalar

Sumqayıtda gənclər üçün təlim: Ssenari nədir, necə yazılmalıdır

Bakı, 9 oktyabr, AZƏRTAC

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Klubunun təşkilatçılığı ilə Gənclər Evində rejissor-ssenarist Ozal Abbasov tərəfindən “Ssenari nədir, necə yazılmalıdır” mövzusunda təlim keçirilib.
AZƏRTAC Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirin məqsədi gənclərin bu sahədə biliklərə yiyələnmələri, qabiliyyəti olan gənclərin aşkara çıxarılması, onlara öz bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaradılması və asudə vaxtlarının səmərəli keçirilməsi olub.
Təlimçi ssenarinin yazılış qaydaları, süjet xətti, müxtəlif janrlar üzrə filmlərin ssenarisinin tərtibatı barədə biliklərini iştirakçılarla bölüşüb.
Təlimdə maraqlı müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Sosial 2019-10-09 07:42:00