×
A
A
A
Sazlamalar

Bir sıra ictimai obyektlərin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru oktyabrın 4-də Bakıdakı “Holiday İnn Hotel” və “Ramada Baku Hotel”də, ikinci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Yasamal rayon 1 nömrəli Bakı Tibb Kollecində, dördüncü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayonundakı 280 nömrəli məktəbində və Sabunçu rayon 22 saylı Uşaq Poliklinikasında, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon Heydər Əliyev Mərkəzində və yanacaq doldurma məntəqəsində, üçüncü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhər 7 saylı Uşaq infeksion xəstəxanasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Mərkəzi xəstəxanasında, “MKT İKF” MMC-nin Pambıq qəbulu məntəqəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Eyni zamanda ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının vacibliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi diqqətə çatdırılıb.
Tədbirlərdə, həmçinin yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara ehtiyatla yanaşılmasının zəruriliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

 

Sosial 2019-10-05 06:30:00