×
A
A
A
Sazlamalar

Aleksandr Novak: Hazırda neft bazarında sabitliyi görə bilmirik

Bakı, 2 oktyabr, AZƏRTAC
Hazırda neft bazarında sabitliyi müşahidə edə bilmirik.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumunda deyib.
Nazir bildirib: “Neftin qiymətinin 60 dollar/barrel civarında dəyişdiyinə şahid olsaq da, bazarda sabitliyi görə bilmirik. Neft bazarına gözlənilməz, qarışıqlığa səbəb ola biləcək hadisələrin təsirləri var. Bu hadisələrin təsirini minimuma endirmək üçün yollar axtarmalıyıq”.

Neft - qaz 2019-10-02 19:02:00