×
A
A
A
Sazlamalar

Bəzi rayonların təbii qaz təchizatı dayandırılıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Qaz xəttində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması, həmçinin yeni quraşdırılmış modul tipli stansiyanın və yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün səhər saatlarından Lənkəran rayonunun Digah, Şiləvər kəndləri və 1-ci mikrorayon ərazisində, Qaradağ rayonunun Səngəçal və Umbakı qəsəbələrində, Binəqədi rayonunun Naxçıvani küçəsi və Atatürk prospektində təbii qaz təchizatı dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-10-02 12:51:00