×
A
A
A
Sazlamalar

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 83,6 faiz olub

Bakı, 28 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26,4 milyard manat təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 17,5 faizi emal sektorunda istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,6 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-nə 226,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 64,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Sənaye 2019-09-28 14:57:00