×
A
A
A
Sazlamalar

“YARAT”da “Runanşah” adlı performans təqdim edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Fərhad Fərzəliyevin “Runanşah” adlı video və səs performansı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu əsər, şahidlərin sözlərinə görə, Xəzər dənizində yaşayan balıq quyruqlu məxluq - Runanşah ilə bağlı müəllifin apardığı davamlı araşdırmalardan əldə edilən nəticələrin təqdimatıdır.
Təqdimat mərasimində məlumat verilib ki, bu hekayənin kökü miflərə, Şərq slavyanlarının nağıl və miflərində yer alan möcüzəli su pəriləri, eləcə də Mesopotamiya folklorunda həm insana, həm də balığa bənzəyən amfibiya məxluqlara qayıdır.
Əfsanəyə görə, bu məxluqlar, bilik və bacarıqlarını quru sakinlərinə öyrətmək üçün sudan bayıra çıxırlar.
Təqdimatdan sonra, rəssam Runanşah obrazını təmsil edən balıq geyimində mövzuya uyğun musiqili səs performansı ifa ediblər. Performans maraqla qarşılanıb.

İncəsənət 2019-09-27 00:38:00