×
A
A
A
Sazlamalar

İçərişəhərdə isveçli rəssamın əsərləri sərgilənir

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də İçərişəhərdəki “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, İsveçin Azərbaycandakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşıb.
Sərgi çərçivəsində, həm də azərbaycanlı rəssamların əsərlərindən ibarət “vorkşop” təşkil olunub.
İki gün davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

İncəsənət 2019-09-26 12:02:00