×
A
A
A
Sazlamalar

Gürcüstan parlamenti 2020-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsini davam etdirir

Tbilisi, 24 sentyabr, AZƏRTAC
Gürcüstan parlamenti ölkənin 2020-ci il üçün dövlət büdcəsinin layihəsinin müzakirəsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, dövlət büdcəsi layihəsində maraq kəsb edən maddələrdən biri də ABŞ dolları ilə bağlıdır.
Layihədə dolların məzənnəsi cari ildəkindən xeyli artıq göstərilib. Gələn il üçün 1 ABŞ dolları 2,9648 GEL səviyyəsində müəyyən olunub.
Cari il üçün təsdiq olunan dövlət büdcəsində dolların məzənnəsi 2,66 laridir.
Məzənnənin dəyişdirilməsinə görə, Gürcüstanın dövlət borcunun həcmi 19,8 milyard laridən 220,6 milyard lariyə qədər artıb.
Məzənnənin tərəddüd etməsi ilə bağlı olaraq xarici borcun ödənilməsi üçün büdcədən əlavə olaraq 43 milyon lari həcmində vəsait ayrılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-09-24 13:50:00