×
A
A
A
Sazlamalar

Türkiyədə içərisində miqrantların olduğu mikroavtobus qəzaya uğrayıb

İstanbul, 24 sentyabr, AZƏRTAC 

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda içərisində miqrantların olduğu mikroavtobus aşıb. İlkin məlumata görə hadisə nəticəsində ölən və yaralananlar var.
AZƏRTAC xəbər verir ki, qəza Türkiyə-Suriya sərhədinə yaxın ərazidə baş verib. Hazırda hadisənin baş verdiyi ərazidə təhqiqat aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-24 13:33:00