×
A
A
A
Sazlamalar

Silahlı Qüvvələr veteranı adını qazanan bir qrup zabit Naxçıvanda Heydər Əliyev Muzeyini ziyarət edib

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

İyirmi beş il ordu sıralarında xidmət edən və Silahlı Qüvvələr veteranı adını qazanan bir qrup zabit Naxçıvanda Heydər Əliyev Muzeyində olub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə tər gül dəstələri qoyan zabitlər Heydər Əliyev Muzeyinə gəliblər. Burada bildirilib ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabrın 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar burada nümayiş etdirilir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb.
Sonra zabitlər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Regionlar 2019-09-24 12:06:00