×
A
A
A
Sazlamalar

Ukraynada ağır yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər həlak olub

Kiyev, 23 sentyabr, AZƏRTAC

Ukraynanın Jitomir vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 9 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, vilayətin Novoqrad-Volın rayonunda yük avtomobili ilə avtobus toqquşub. Faktla bağlı cinayət işi başlanıb.
Sentyabrın 21-də Ukraynanın Odessa şəhəri yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsinin də nəticəsində 9 nəfər həlak olmuşdu.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-09-23 11:33:00