×
A
A
A
Sazlamalar

Tərtərin bəzi qəsəbə və kəndlərinin təbii qaz təchizatı dayandırılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

“Qaz İxrac” İdarəsi sentyabrın 23-də səhər saatlarından bir sıra təmir işləri aparır. Saat 09:00-dan etibarən işlər başa çatanadək qaz kəməri yolunun yenidən çəkilməsi ilə bağlı Lökbatan qəsəbəsində, saat 10:00-dan etibarən işlər yekunlaşanadək isə “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu kilometrində aşkar olunmuş qaz sızmalarının ləğvi, eləcə də quraşdırma işləri ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz təchizatı dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-09-23 10:19:00